Daha bir məntəqənin nəticələri ləğv olundu

Daha bir məntəqənin nəticələri ləğv olundu
  18 Noyabr 2015    Oxunub:2023
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
AzVision.az xəbər verir ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizədlikləri qeydə alınmış beş nəfər MSK-ya müraciət edərək həmin dairədə seçkilərin keçirilməsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini xahiş ediblər.

İclasda qeyd olunub ki, müraciət MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 9 saylı seçki məntəqəsində səsvemənin nəticələrinin ləğv edilməsinə əsas yaranıb. Digər şikayətlər isə öz əksini tapmayıb. Beləliklə, MSK 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrini ləğv edib.

Bildirilib ki, həmin dairədə səsvermənin ümumi nəticələrinə təsir etməyib.


Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  



Xəbər lenti