Cavid Qurbanov işçisinin həbsindən xəbərsizdir

Cavid Qurbanov işçisinin həbsindən xəbərsizdir
  18 Noyabr 2015    Oxunub:3531
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı tutulub. QSC-nin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələyə münasibət bildirən “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında Emin Rzayevin həbsindən xəbərsiz olduqlarını deyib.

“Düzdür “Azərbaycan Dəmir Yolları” QSC-nin Emin Rzayev adlı əməkdaşı var. Amma onun saxlanılması və ya həbsi ilə bağlı bizdə heç məlumat yoxdur”,-deyə N.Əzməmmədov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti