Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
  25 İyun 2013    Oxunub:1277
Görüş 28 iyun saat 11:00-da baş tutacaq
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul edəcək. AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş 28 iyun saat 11:00-da baş tutacaq.

Qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Bu il iyunun 25-də saat 14.00-dan etibarən FHN-nin Gəncə Regional Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) qəbula gələn vətəndaşların qeydiyyatı başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti