Bakıda qarajda silah-sursat aşkarlanıb

Bakıda qarajda silah-sursat aşkarlanıb
  25 İyun 2013    Oxunub:1034
Bakının Səbail rayonunda külli miqdarda silah-sursat aşkarlanıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 15:20-də Səbail naməlum şəxs zəng edərək, Səbail rayonu, Xanlar küçəsində yerləşən dəmir qarajda silahın olması barədə məlumat verib.

Məlumatla əlaqədar hadisə yerindən - Xanlar küçəsi 02 saylı ünvanda yerləşən qapısı açıq qarajın içərisindən sellofana bükülü 16 kalibrli təklüləli ov silahı, markası məlum olmayan tapançaya məxsus bir ədəd daraq və 12 ədəd patron aşkar olunaraq götürülüb.

Hazırda həmin qarajın kimə məxsus olması araşdırılır.

Mirvari


Teqlər:





Xəbər lenti