Ceyhun Hacıbəylinin yubileyi keçiriləcək

Ceyhun Hacıbəylinin yubileyi keçiriləcək
  19 Noyabr 2015    Oxunub:1458
Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda bildirilir ki, 2016-cı ilin fevral ayında Azərbaycanın ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur.

Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərib. Dövlət başçısı Ceyhun Hacıbəylinin milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm xidmətlərini nəzərə alaraq qərara alıb:

Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


Teqlər:  





Xəbər lenti