Azərbaycanda yeni dövlət agentliyi yaradılıb

Azərbaycanda yeni dövlət agentliyi yaradılıb
  19 Noyabr 2015    Oxunub:2518
Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişikliklər edib.

Dəyişikliklə bağlı qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Dəyişikliklə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Aparatı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər şöbələrinin adları “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” siyahısından çıxarılıb və həmin qurumlar ləğv edilib.

Bunların əvəzinə isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb. (report.az)


Teqlər:





Xəbər lenti