Borcu olanların işığı kəsiləcək

Borcu olanların işığı kəsiləcək
  20 Noyabr 2015    Oxunub:1812
“Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Qurumun mətbuat xidmətindən AzVision.az - a daxil olan xəbərdə bildirilir ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.


Teqlər:  





Xəbər lenti