Bakının istilik problemi - İki qurum bir-birini ittiham edir
Qurum rəsmisi qeyd edib ki, mənzillərə istilik sisteminin verilməməsinə görə qarşı tərəf məsuliyyət daşıyır.
“Qazanxanalara təbii qazın verilişinə gəlincə, biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Mövsüm başlayandan indiyə qədər hansı qazanxana haqqında aidiyyatı qurum tərəfindən “Azəriqaz” İB-nə müraciət daxil olubsa, həmin qazanxana texniki-normativ və təhlükəsizlik tələblərinə cavab verirsə, tərəfimizdən həmin qazanxanalar təbii qazla təmin olunur. Bu müraciətlər hazırda da davam edir. Müraciətlər araşdırılır və ona uyğun addımlar atılır”.
Qeyd edək ki, noyabrın 15-dən ölkə üzrə istilik təchizatının verilməsinə başlanılmalı olsada Bakının bir çox yerlərində binalar və dövlət müəssisələrinə istilik verilməyib.
“Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev açıqlamasında bildirib ki, buna görə məsuliyyəti “Azəriqaz” daşıyır.
Onun sözlərinə görə, “Azəristiliktəchizat”ASC-nin “Azəriqaz”a borcu var və buna görə bir neçə qazanxanaya mavi qazın verilişi dayandırılıb.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


