Azərbaycanda 5100 KİV, 4 mindən çox QHT var
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 4.100-ü ötmüş, KİV-lərin sayı isə 5.100-ə çatmaq üzrədir.
Nazir bildirib ki, 10 ilə yaxındır ədliyyə naziri yanında tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən ibarət formalaşdırılmış İctimai Komitə uğurla fəaliyyət göstərir: “ “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan verib, İctimai Komitənin səlahiyyətləri həmin qanuna uyğun olaraq daha da genişləndirilib, o cümlədən səlahiyyət müddəti artırılıb.
QHT nümayəndələri nazirlikdə fəaliyyət göstərən daimi monitorinq qrupuna cəlb edilərək ədliyyə orqanlarında və məhkəmələrdə işin təşkili vəziyyəti ilə tanış olurlar. Bu zaman onlar həm də ictimai rəyi öyrənmək, o cümlədən vətəndaşlarla anonim anket sorğuları aparmaq imkanına malikdirlər”.







Vaxtında, Aydın, Lazımlı!


