Daha 5 iş adamı həbsdə qaldı - “Beynəlxalq Bank işi”
Qeyd edək ki, dünən Trend həmin işlə bağlı həbs müddəti uzadılan digər şəxslərin də adlarını açıqlamışdı. Onlar iş adamları - Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, "Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənovdur. Həbs müddəti uzadılanlardan daha biri isə “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzdur.
Həbs müddəti uzadılan şəxslər hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həmçinin ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. C.Hacıyev iş üzrə bir neçə dəfə ifadə verib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
AzVision.az