YAP rəhbərliyi Fəxri Xiyabanda -Fotolar

YAP rəhbərliyi Fəxri Xiyabanda  -Fotolar
  21 Noyabr 2015    Oxunub:3039
Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı partiyanın icra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.

AzVision.az -ın əməkdaşının verdiyi məlumata görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

Rəsmilər daha sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Elvin Abdulqədirov
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti