Əlillər Latviyaya göndərilib
Bu istiqamətdə tədbirlərin davamı kimi, 24 iyun 2013-cü il tarixdə Respublikamızdan 30 nəfər əlil vətəndaş ilk dəfə olaraq Latviya Respublikasının Yurmala şəhərində yerləşən «Vaivari» sanatoriyasına 20 günlük bərpa-müalicəsinə göndərilib.
Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri qeyd olunan Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb. Həmin sanatoriyada aparılan ixtisaslaşmış fizioterapevtik müalicə kursu əlillərin səhhətində müsbət dəyişikliklər yaradır.
Qeyd edək ki, bundan öncə əlilliyi olan şəxslərin Ukrayna və Bolqarıstanda da bərpa-müalicə kursu keçmələri təşkil olunub.
AzVision.az
Teqlər: