`23 ildə şərəfli yol keçmişik` - Siyavuş Novruzov
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən bütün dünyada tanınmasına nail olub. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək”.
Bu gün partiyada gənclər siyasətinin də uğurla aparıldığını vurğulayan S.Novruzov bildirib ki, YAP-ın sıralarında gənclərin böyük bir qüvvə kimi çıxış etməsi çox vacib bir göstəricidir:
“Sevindirici haldır ki, yüksək intellektli, bilik və bacarıqlı gənclər, qadınlar Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar. Bu gün partiya üzvlərinin 40 faizinin gənclər olması da YAP-ın gələcək uğurlarının göstəricisi kimi qiymətləndirilməlidir”.







Vaxtında, Aydın, Lazımlı!


