YAP-ın 23 illiyi ilə bağlı tədbir keçirildi
Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqelərinin ciddi şəkildə möhkəmlənidirb. Bu gün Azərbaycan yaşadığımız bölgənin lider statusunu neçə ildir ki, ardıcıl daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişiklikləri məhdudlaşdırmaq olmaz, davamlı olacaq”.
Əli Əhmədov partiyamızın sıralarında gənclərin də böyük üstünlük təşkil etməsini perspektiv baxımından mühüm amil kimi dəyərləndirib: “Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri bu ilin noyabrın 1-də ölkəmizdə keçirilən parlament seçkilərində gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə gənclərinin seçki kampaniyasına qoşulmasında, partiyamızın namizədlərinin dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb. YAP-ın gəncləri sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib”.
Daha sonra çıxış edən natiqlər partiyanın ictimai həyatdakı rolundan, müasir Azərbaycan gəncliyinin partiya sıralarında ölkə başçısı, YAP-ın sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini partiya üzvü olaraq onun ətrafında sıx birləşməklə nümayiş etdirdiklərini bildiriblər.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


