HİV-ə yoluxan məhbusların sayı artıb

HİV-ə yoluxan məhbusların sayı artıb
  25 İyun 2013    Oxunub:1671
“BMT-nin Qlobal Narkotik Hesabatına görə, ötən il 230 milyon insan, yəni dünyanın 5 faizi narkotiklərdən ən azı bir dəfə istifadə edib. Hazırda isə dünya əhalisinin 0,6 faizi narkotik istifadəçisidir”.
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən "Narkomanlıqla mübarizədə gənclərin rolu” adlı konfransda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk deyib.

O qeyd edib ki, narkotik istifadəçilərinin 15 milyon nəfəri narkotik asılılığı olanlardır:

“Ötən il dünya əhalisinin 1,3 faizi, təxminən 15-64 yaş arası insan narkotik istifadəsindən həyatını itirib. Narkotik istifadəçilərinin 40 faizi Hepatit C xəstəliyindən əziyyət çəkir. Bunların da çoxu HİV-lə yaşayanlardır”.

BMT rəsmisi bu xəstəliklə bağlı Azərbaycandakı vəziyyətə də toxunub.

O qeyd edib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qalxıb:

“Bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikdən istifadənin və alverinin artmasına təsir ciddi göstərir. Azərbaycan narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan edib. Hüquq-mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti