Mədət Quliyev Bakıda velosiped sürdü - FOTOLAR

  22 Noyabr 2015    Oxunub : 4688
Mədət Quliyev Bakıda velosiped sürdü - FOTOLAR
Ədliyyə orqanlarında 22 noyabr - peşə bayramı günü münasibətilə tədbirlər təşkil edilib.
Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu münasibətlə ədliyyə orqanlarında çalışan idman həvəskarlarının təşəbbüsü ilə veloyürüş keçirilib. Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosupedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayraq Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının çoxsaylı üzvləri də yarışda iştirak ediblər.

Qeyd edək ki, veloyürüşdə milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Mədət Quliyev də iştirak edib.




Teqlər: