Ermənistanın Azərbaycana vurduğu ziyan artır

Ermənistanın Azərbaycana vurduğu ziyan artır
  23 Noyabr 2015    Oxunub:1888
Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəymiş ziyan ildən-ilə artır.
AzVision.az xəbər verir ki, bunu Trend-ə dəymiş zərərin hesablanması üzrə işçi qrupunun üzvü Nüsrət İbrahimov deyib.

O bildirib: "Biz Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması üzrə işin yarıdan çoxunu görmüşük. Lakin nəzərə almaq lazımdır ki, dəymiş ziyan ildən-ilə artır. Bu olduqca irihəcmli işdir və onu müəyyən vaxt ərzində həll etmək çətindir".

N. İbrahimovun sözlərinə görə, işlər başa çatdıqdan sonra işçi qrupunun fəaliyyətilə bağlı bütün sənədlər təsdiq üçün müvafiq orqanlara göndəriləcək, bundan sonra isə dünya ictimaiyyətinə təqdim ediləcək: "Ernənistanın Azərbaycana vurduğu ziyanın dünya səviyyəsində tanınmasından danışmaq hələ tezdir".

O əlavə edib ki, xarici mütəxəssislər qrupun işinə böyük dəstək veriblər: "Bu əsasən texniki köməkdir".

Qeyd edək ki, işçi qrupun təqdim etdiyi ilkin hesabata əsasən, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana dəyiş maddi ziyanın ümumi həcmi 818,88 milyard dollar təşkil edir.


Teqlər:





Xəbər lenti