Azərbaycanlı milyarder İŞİD-lə əlaqəsindən danışdı

  23 Noyabr 2015    Oxunub : 27653
Azərbaycanlı milyarder İŞİD-lə əlaqəsindən danışdı
Azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov İŞİD terror təşkilatı ilə işbirliyində olması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, iş adamı İŞİD-lə əlaqəsinin olmadığını bəyan edib.

“Hansı əsasla belə xəbərlər yayırlar? Jurnalist dürüst olmalıdır. Belə xəbərlər yazan jurnalistlər məhkəmə qarşısında mütləq cavab verəcəklər”,-deyə M.Mənsimov deyib.

Qeyd edək ki, mətbuatda Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan “İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair yeni məlumatlar yayılıb.

Məlumatlarda bildirilib ki, İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşınır.

Həmçinin “El Economista” qəzetində yer alan məlumatda deyilir ki, neft qaçaqmalçılığı İŞİD-in əsas gəlir qaynaqlarından biridir.

Hafiz Əhmədov

Teqlər: