İlham Əliyev Putinin qatıldığı tədbirə dəvət olunub

İlham Əliyev Putinin qatıldığı tədbirə dəvət olunub
  23 Noyabr 2015    Oxunub:3989
Bu gün İranın paytaxtı Tehranda Qaz İxrac edən Ölkələrin Forumu keçiriləcək.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, forumda 9 prezident və bir baş nazir iştirak edəcək. Forumda liderlər qaz bazarında qarşılıqlı model bazasını müzakirə edəcəklər.

Rusiyanın energetika naziri Aleksandr Novakın sözlərinə görə, tərəflər bazarda vəziyyətin sonrakı inkişafını nəzərdən keçirəcək.

Görüşlərdə qarşılıqlı investisiyaların yatırılması, atom enerjisi, neft və qaz sahəsində əməkdaşlıqla yanaşı regional təhlükəsizlik məsələləri də müzakirə olunacaq.

Sammitdə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani, həmçinin Boliviya, Venesuela, İraq, Nigeriya, Ekvatorial Qvineya liderləri, və Əlcəzairin baş naziri iştirak edəcək.

Qonaq kimi sammitə Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov dəvət olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti