Bakıya 18 metrlik avtobuslar gətirildi

Bakıya 18 metrlik avtobuslar gətirildi
  23 Noyabr 2015    Oxunub:3504
Bakı şəhərində sərnişin daşımaçılığı ilə məşğul olan "BakuBus" MMC paytaxta yeni və daha iritutumlu sərnişin avtobusu gətirib.
"Report" xəbər verir ki, bu yeni nəqliyyat vasitəsinin uzunluğu təxminən 18 metrdir. Yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir.

Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avotbus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti