İlham Əliyev səfiri qəbul edib

İlham Əliyev səfiri qəbul edib
  25 İyun 2013    Oxunub:1044
İlham Əliyev Niderland Krallığının ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlindeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin razılıq doğurduğu bildirildi, inşaat, memarlıq, su, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən birgə layihələrin önəmi vurğulandı, əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu. Söhbət zamanı münasibətlərimizin möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, ikitərəfli əlaqələrimizin gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə edildi.


Teqlər:





Xəbər lenti