Bakıda intihar faktları - Baş Prokurorluq məlumat yaydı

Bakıda intihar faktları - Baş Prokurorluq məlumat yaydı
  23 Noyabr 2015    Oxunub:2364
Bakı şəhər Prokurorluğu bu gün paytaxtda baş verən intihar və intihara cəhd hadisələri ilə bağlı açıqlama yayıb.
Bakı şəhər Prokurorluğundan AzVision.az- a verilən məlumata görə, noyabrın 23-də saat 12 radələrində Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa, həmin gün saat 15 radələrində paytaxtın Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb.

Hər iki iş üzrə məhkəmə-tibb ekspertizalar təyin olunub və hadisələrin səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti