88 saylı marşrut əvvəlki yolu ilə gedəcək

 88 saylı marşrut əvvəlki yolu ilə gedəcək
  24 Noyabr 2015    Oxunub:3341
Sabahdan etibarən 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.
88 saylı marşrut avtobusunun qısaldılmış xətti “28 may” metro stansiyasına qədər idisə, sabahdan etibarən əvvəlki xəttilə, yəni 20-ci sahəyə qədər hərəkət edəcək.

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metro stansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.

AzVision.az


Teqlər:



Xəbər lenti