Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)

Seçkilərin nəticələri təsdiq edildi - Yenilənib (FOTOLAR)
  24 Noyabr 2015    Oxunub:5935
2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə məhkəmə iclası başlayıb.

Məhkəmənin Plenumunun xüsusi iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin bütün hakimləri iştirak etdiyi üçün plenum səlahiyyətlidir.

Hakim Kamran Şəfiyev Milli Məclisə seçkilərin keçirilməsinin və elan edilməsinin hüquqi əsaslarına dair məruzə ilə çıxış edib.

Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze MSK-nın Milli Məclisə keçirdiyi seçkilərin nəticələrinə dair təqdim etdiyi protokolun araşdırılması prosesi barədə məruzə edib.

Daha sonra MSK sədri Məzahir Pənahov seçkilərin hazırlıq və prosesin gedişi barədə məlumat verib. Bildirib ki, seçkilərin aşkarlığını təmin etmək üçün qanunla müəyyən edilən bütün addımlar atılıb.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul etmək üçün fasiləyə ayrılıb.

Məşvərətdən sonra sədr Fərhad Abdullayev seçkilərin nəticələri ilə bağlı MSK-nın 18 noyabr 2015–ci il tarixli protokolunun təsdiq və rəsmən elan olunması üçün məhkəməyə təqdim edilmiş protokolun 18 komissiya üzvünün 17-si tərəfindən təsdiq olunduğunu, həmçinin ekspertlərin rəyinə görə, protokolun Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tam uyğunluğunun məhkəmə tərəfindən müəyyən edildiyini diqqətə çatdırıb.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin plenumu MSK-nın protokolunda əks olunan nəticələri təsdiq etməyi məqsəduyğun sayıb.

Bununla da iclas başa çatıb.

Elvin Abdulqədirov
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti