QHT Şurası ümumrespublika forumu keçirəcək

QHT Şurası ümumrespublika forumu keçirəcək
  24 Noyabr 2015    Oxunub:1494
Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 noyabr 2015-ci il tarixdə saat 11-00-da Hilton otelinin “Sevda” zalında QHT-lərin Ümumrespublika Forumunu keçirəcək.
Forumda Şuranın 2016-cı il maliyyə yardımı müsabiqəsinin prioritetlərinin müəyyənləşdirilməsi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək və Şura tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək. Bütün QHT-lər Foruma dəvətlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti