YAP Oqtay Əsədovun namizədliyini irəli sürdü

YAP Oqtay Əsədovun namizədliyini irəli sürdü
  24 Noyabr 2015    Oxunub:3760
Yeni Azərbaycan Partiyası Milli Məclisin sədrliyinə partiyanın Siyasi Şurasının üzvü Oqtay Əsədovun namizədliyini irəli sürəcək.
Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. H.Paşayevin sözlərinə görə, partiya O.Əsədovun ötən çağırışda fəaliyyətindən tam razıdır və onun vəzifəsini qanunauyğun şəkildə yerinə yetirdiyi qənaətindədir:
“Oqtay Əsədov həm daxili nizam-intizamın qorunması, həm beynəlxalq əlaqələrin güclənməsi, həm də Azərbaycanın xarici siyasətdə qazandığı uğurlarda üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirib”.

Xatırladaq ki, bu gün V çağırış Milli Məclisin ilk sessiyası keçirilir.

İlk sessiyada Milli Məclisin sədri və sədrin müavinləri seçiləcək. Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub. (Axar.az)


Teqlər:



Xəbər lenti