`Təxribatın qarşısı alınmalıdır...` - Əli Əhmədov

`Təxribatın qarşısı alınmalıdır...` - Əli Əhmədov
  24 Noyabr 2015    Oxunub:1692
“Sərsəng su anbarına qarşı təxribat törədilməsi ehtimalı qalır”.
Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatının qarşısının alınması üçün tədbirlər görməlidirlər.

O, qeyd edib ki, Azərbaycan ərazilərinə hücum etmiş və torpaqlarının 20 faizinə qədərini işğal etmiş erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışıblar:

“Bu istiqamətdə Sərsəng su anbarı məsələsi bizi ciddi narahat edir. Su anbarına qarşı təxribat törədilməsi təhlükəsi qalmaqdadır. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti erməni təxribatın qarşısının alınması üçün tədbirlər görməlidirlər. Güman edirəm ki, bu istiqamətdə müzakirələr də yəqin ki, həqiqətin ortaya çıxmasına kömək edəcək”.

AzVision.az


Teqlər:  



Xəbər lenti