Oqtay Əsədov sədr, onlar isə müavin seçildi - Yenilənib

Oqtay Əsədov sədr, onlar isə müavin seçildi - Yenilənib
  24 Noyabr 2015    Oxunub:9100
Hazırda V çağırış Milli Məclisin ilk iclası keçirilir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürülüb.

Oqtay Əsədov Milli Məclisin sədri vəzifəsinə onun namizədliyinin irəli sürülməsinə görə Yeni Azərbaycan Partiyasının sədrinə və partiya həmfikirlərinə minnətdarlığını bildirib.

Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli səsvermənin keçirilməsi qaydaları haqqında məlumat verib. Milli Məclisin sədri vəzifəsinə gizli səsvermənin nəticələrinə əsasən Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib.

Daha sonra Milli Məclis sədrinin müavinləri seçildi. Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər.

AzVision.az


Teqlər:  



Xəbər lenti