Gömrük Komitəsindən kürü açıqlaması

Gömrük Komitəsindən kürü açıqlaması
  24 Noyabr 2015    Oxunub:2115
Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya səyahət edən Azərbaycan vətəndaşının Rusiya ərazisinə 6,4 kq kürü keçirmək istəməsi və “qanunsuz daşınan kürünün” Məhərrəmkənd gömrük-keçid məntəqəsində aşkar edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən AzVision.az- a verilən məlumatda bildirir ki, əslində, bu fakt öncə ölkəmizin gömrük orqanları tərəfindən qeydə alınıb və adıçəkilən mal Azərbaycandan Rusiyaya deyil, əks istiqamətdə daşınarkən aşkar edilib.

Belə ki, noyabrın 15-də Azərbaycan vətəndaşı Pənahov Səlim Mirzəgül oğlu Rusiyadan Azərbaycana gələrkən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində özünə məxsus əşyaların arasında 6,5 kiloqrama qədər nərə cinsli qara kürü olduğunu bəyan edib. Lakin gömrük nəzarəti həyata keçirilərkən qara kürüyə oxşar həmin məhsul müvafiq sənədləri qaydasında olmadığı üçün geri qaytarılıb".


Teqlər:  



Xəbər lenti