AzVision.az Anspress-ə istinadən xəbər verir ki, qanlı hadisə rayuonun Bakıxanov qəsəbəsindəki yataqxanalardan birində qeydə alınıb. Polis bölməsinə, orada yaşayan 24 yaşlı Fərqanə Abbasovanın çox saylı bıçaq xəsarətləri alması barədə məlumat daxil olub. Yaralını xəstəxanaya polis əməkdaşları çatdırıblar. Müayinə zamanı həkimlər bıçağın daxilə nüfuz etdiyini aşkar ediblər. Yaraları dərin olan 24 yaşlı xanım əməliyyat olunub.
Hadisəni araşdıran 12-ci polis bölməsindən verilən məlumata görə, Fərqanə Abbasova özü-özünə bıçaqla xəsarət yetirib. Əlbəttə bu ilkin versiyadır. Hadisənin tam dəqiq baş vermə səbəbləri isə aparılan araşdlrmalardan sonra məlum olacaq.