Qurban Mənsimov:`Serialdan reklama gorə getmişəm`

Qurban Mənsimov:`Serialdan reklama gorə getmişəm`
  26 İyun 2013    Oxunub:4104
"Hər il aktyorla bağlanan müqavilə yenilənir, yeni qaydalar tərtib edilir. Mən isə bu qaydalarla razılaşmadım."
Bunu AzVision.az saytına ”Aramızda qalsın” serialında Mehman obrazını yaradan tanınmış aktyor Qurban Mənsimov deyib.
Aktyor seriladan ayrılmasının səbəbini bu cür izah edib :

"Aktyora birdən-birə qaydalar gəlir və bu qaydalarda tələb olunur ki , bizim indiki baş sponsorların reklamlarında oynamalısan. Niyə?! Reklam tamam başqa biznesdir. Mən seriala çəkilməyə gəlmişəm, onun məhsulunu və ya şirkətini reklam etməyə gəlməmişəm? Əgər təbliğ edirəmsə, bunun qiymətləri tamam başqadır"-deyə Q.Mənsimov narazılığını bildirib.

Günəş FƏRHADLI


Teqlər:  





Xəbər lenti