`Əlimizdən gələni etməyə hazırıq`- Oqtay Əsədovdan Türkiyəyə
Son günlər Rusiya ilə Türkiyə arasında mövcud problemlərə toxunan O.Əsədov deyib ki, Azərbaycan Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən narahatdır: “Biz iki ölkə arasındakı münasibətlərin düzəlməsi üçün əlimizdən gələni etməyə hazırıq. Azərbaycan bu məsələnin müsbət həlli üçün Rusiya ilə Türkiyə arasında vasitəçilik etməyə hazırdır”. O, naziri yeni hökumətin qurulması münasibəti ilə təbrik edib.
Türkiyəli nazir M.Çavuşoğlu isə Azərbaycanın bu cür mövqeyinə görə spiker Oqtay Əsədova təşəkkür edib: “Türkiyə beynəlxalq hüququn tələblərinə əsaslanan addım atıb. Türkiyə gərginliyin tərəfdarı deyil. Diplomatik yolla bunu dəf edəcəyimizə inanırıq. Eyni mövqeyi Rusiyadan da gözləyirik. Yaxın vaxtlarda gərginliyin azalacağına əminik”.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


