Avqustun 1-dən telekanallar öz peykimizdən yayımlanacaq

Avqustun 1-dən telekanallar öz peykimizdən yayımlanacaq
  26 İyun 2013    Oxunub:1048
Azərbaycan telekanalları avqustun 1-dən "Azərspace-1" telekommunikasiya peykindən yayımlanmağa başlayacaq.

AzVision.az xəbər verir ki, Türksat 3A peyki üzərindən yayımlanan Azərbaycan telekanalları artıq öz peykimizdən yayımını davam etdirəcək. AzTv, İdman Azərbaycan, Mədəniyyət tv, İctimai tv, ATV int, Xəzər tv, Azad Azərbaycan kanalları avqustun 1-dən etibarən “Azərspace-1" telekommunikasiya peykindən yayımlanacaq.

Qeyd edək ki, fevralın 8-də Azərbaycan ilk peykini orbitə buraxdı. ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən hazırlanan və 230 milyon dollar başa gələn peyki kosmosa Fransının “Arianspace” şirkəti həyata keçirib. Ağırlığı 3,2 ton olan peyki 15 il ərzində Azərbaycan, Orta Asiya, Avropa və Afrika ölkələri üçün telekommunikasiya xidmətləri göstərəcək.

Peyk həcminin 20%-ni Azərbaycanın ehtiyaclarını qarşılayacaq, 80%-I ilə isə digər ölkə və şirkətlərə kirayələyəcək.

Azərbaycan həm yerli həm də xarici şirkətlərə kirayələnən peykdən 650 milyon dollar gəlir əldə etməyi planlaşdırır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti