Natiq Əliyev sensasiyalı qərarlar gözləmir
Nazir qeyd edib ki, Azərbaycan neft hasilatını azaltsa belə, bu, dünya bazarında qiymətlərə təsir etməyəcək: "Üstəlik, bu qərar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunu işlədən beynəlxalq şirkətlər konsorsiumu tərəfindən qəbul edilməlidir".
Natiq Əliyev Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 17-ci iclasında Azərbaycanın yekdilliklə dünya qaz ehtiyatının 85%-i özündə cəmləşdirən GECF-ə müşahidəçi qismində qəbulunu yüksək qiymətləndirərək, təşkilatın ölkəmizin mövqeyninin ifadəsi üçün bir platforma rolunu oynayacağını diqqətə çatdırıb.
Növbəti 5 ildə Azərbaycanın qaz sahəsində nəhəng proqramların, ölkəmiz tərəfindən qoyulan böyük sərmayələrin və layihələrin həyata keçirilməsi nəticəsində Avropa üçün mühüm ölkəyə çevriləcəyini, “Cənub Qaz Dəhlizi”nin reallaşması ilə mövqeyinin daha da güclənəcəyini vurğulayan energetika naziri Trans-Anadolu qaz-boru kəməri (TANAP), Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə dair ətraflı məlumat verib.
AzVision.az