Milli, yoxsa Molla Şura - KARİKATURA

Ölkədə qorxu mühiti yaratmağa çalışan, insanların dini inancını, heysiyyatını onlara tapşırılmış plana uyğun olaraq siyasiləşdirən, hətta bəzən kriminallaşdıran bu cür radikalların ölkədə hansı xarici dövlətlərin muzdluları olduqlarını xalq çox aydın dərk etdiyi halda, Milli Şura, Meydan tv, Avropada oturub kürkünü günə yandıran Arif Məmmədov kimi öz çürük ambisiyaları naminə Azərbaycanın nəinki şəriət, hətta Afrikanın banan ölkəsi olmağından belə ar etməyənlər açıq və dolayı yolla radikal fanatizmin yanında olduqlarını bəyan etdilər.
Siyasi hakimiyyətə iddialı olan bu müxalif düşərgənin xəyallarındakı Azərbaycanı təsəvvür eləmək elə də çətin olmamalıdır bundan sonra. Və nə yaxşı ki, bu cür adamların adına mübarizə dedikləri siyasi deyingənlikləri nala-mıxa vurmaqdan başqa bir şey deyil. (Kirpi.info)