Türklərə xəbərdarlıq edildi: Rusiyaya getməyin
XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq, Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur:
`Əgər zərurət yoxdursa, bu vəziyyət aydınlaşdırılana qədər ölkə vətəndaşlarından Rusiyaya səfərlərini təxirə salmağın faydalı olduğunu bəyan edirik`.
Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.
AzVision.az