Lukaşenko Yaqub Eyyubov və Xanlar Fətiyevə orden verdi

Lukaşenko Yaqub Eyyubov və Xanlar Fətiyevə orden verdi
  29 Noyabr 2015    Oxunub:3563
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevə `Şərəf` ordeni təqdim edib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Yaqub Eyyubov və Xanlar Fətiyev Azərbaycan ilə Belarus arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Lukaşenko tərəfindən təltif ediliblər.




Teqlər:  





Xəbər lenti