İlham Əliyev Belarus mətbuatında: “Sarsılmaz dostluq”

İlham Əliyev Belarus mətbuatında: “Sarsılmaz dostluq”
  29 Noyabr 2015    Oxunub:2415
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 27-28-də Belarusa rəsmi səfəri bu ölkənin KİV-lərinin diqqət mərkəzindədir.
Belarus Teleqraf Agentliyi (BELTA) Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb.

Agentlik, həmçinin dost ölkələrin tarixində bu mühüm siyasi hadisəni “İlham Əliyev Belarusla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət inkişaf görür”, “Aleksandr Lukaşenko Belarus ilə Azərbaycanın əməkdaşlığının yeni istiqamətlərini müzakirə etməyi təklif edib”, “İlham Əliyev: Belarusda sabitlik onun müvəffəqiyyətinin əsas göstəricisidir”, “Azərbaycan özündə Belarus texnologiyaları ilə istehsalatın yaradılmasını davam etdirməyə hazırdır”, “Aleksandr Lukaşenko və İlham Əliyev Belarus ilə Azərbaycan arasında siyasi dialoqun inkişafında maraqlıdırlar” və digər materiallarında şərh edib.

Belarusun “Zvyazda” qəzeti də Azərbaycan Prezidentinin rəsmi səfəri ilə bağlı “Belarus və Azərbaycan arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalanıb”, “Aleksandr Lukaşenko: Belarus və Azərbaycan etibarlı strateji tərəfdaşlar olublar və olmaqda davam edirlər” və digər materiallar dərc edib.

“Belarus seqodnya” qəzeti “Sarsılmaz dostluq”, “Belarus Azərbaycana avtobuslar və elektrik qatarları təklif edir” sərlövhəli materiallar dərc edib.

Noyabrın 28-də “Belarus 1” və “Belarus 24” telekanalları Azərbaycan Prezidentinin Minskdə rəsmi görüşünü canlı yayımlayıb. (Azərtac)


Teqlər:  





Xəbər lenti