TQDK imtahanın nəticələrini açıqlayıb

TQDK imtahanın nəticələrini açıqlayıb
  26 İyun 2013    Oxunub:1016
Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 23-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindənAzVision.az-a verilən məlumata görə, imtahan nəticələri komissiyanın internet saytından yerləşdirilib. Bakalavrlar mobil telefonlar vasitəsilə müvafiq kodu göndərərək nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, qəbul imtahanının ikinci mərhələsindən də uğurla keçən bakalavrlar bu gündən ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti