Metroda təhlükəsizlik niyə gücləndirilir? - Açıqlama
Metronun “Sahil”, “İçəri şəhər”, “28 May”, “Nəriman Nərimanov", ”Ulduz", “Əzizbəyov”, “Neftçilər”, “Xalqlar dostluğu” metro stansiyalarının giriş qapılarında dayanan polislər sərnişinlərin çantalarını yoxlamadan içəri buraxmırlar.
İddia edilir ki, metroda indiyə kimi görünməmiş təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi Nardaran hadisələri ilə əlaqədardır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında metro stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini təsdiqləyib.
Qurum rəsmisi bildirib ki, metroda mütəmadi olaraq təhlükəsizlik tədbirləri görülür.
Onun sözlərinə görə, metroda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini Nardaranda baş verən hadisələrlə əlaqələndirmək yalnışdır.
Metro polisindən AzVision.az-a bildirilib ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar stansiyalara əlavə qüvvə cəlb olunmayıb.
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


