`Nöqsan olanda töhmət də verməliyik” - Nazir

`Nöqsan olanda töhmət də verməliyik” - Nazir
  30 Noyabr 2015    Oxunub:2612
“Mədəniyyət və Turizm Nazirliyi Xalça Muzeyi ilə bağlı nöqsanları aradan qaldırmağa müvəffəq olub”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib: “Xalça Muzeyinin Azərbaycanın bugünki mədəni həyatındakı rolunu da azaltmaq olmaz. Bu, qabaqçıl muzeydir, onun rəhbəri Röya Tağıyeva tanınmış muzey xadimidir. Lakin işdə nöqsan olanda onu açıq deməli və qarşısını almalıyıq. Lazım gəldikdə töhmət də verməliyik, ölçü də götürməliyik. Bu, normal bir prosesdir. Ona görə də burada heç bir sensasiya axtarmaq fikrində deyiləm. Yoxlamalar göstərdi ki, burada vəziyyətin yaxşı tərəfə də dəyişdiyi müşahidə edilib. Eyni zamanda, problemlər var və biz onları aradan qaldırmalıyıq. Yəqin ki, yaxın günlərdə bununla bağlı son qərar veriləcək”.

Nazir bildirib ki, respublikada muzeylərin vəziyyətini də təhlil ediblər: “Təhlillər müəyyən irəliləyişlərin olduğunu göstərir. Amma bununla yanaşı tənqidi məqamlar da çoxdur, bütün bunlar bu gün “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər”mövzusunda beynəlxalq seminarda təhlil olunacaq. Azərbaycanda muzeylərin fəaliyyətlərində irəliləyişlər olsa da, nöqsanlar da çoxdur. Buna görə də muzeylərin işini daha təkmilləşmiş formada və bir əsasnaməyə uyğun formada qurmalıyıq. Bunlar sırf muzeyin peşəkar fəaliyyətinə aid olan məsələlərdir”.

AzVision.az


Teqlər:  



Xəbər lenti