`Uşaqları ilə görüşməsini istəmirəm` - Cavid Hüseynovun anası
Səhhətində problem olan Xalidə Hüseynova “Həyat yoldaşı, uşaqları Cavidi görə biliblərmi?” sualına “xeyr” cavabını verib:
“Ola bilsin ki, telefonda danışıblar, amma görüşlərinə mən razı deyiləm. Çünki uşaqlar Cavidi görsələr ayrılmazlar”.
Xalidə Hüseynova məhkəmədən ədalət gözlədiyini deyir:
“Allaha sığınıram. 3 aylıq həbsdən sonra vaxtını 1 ay da uzatdılar. İnanıram ki, oğlum azadlığa çıxacaq. Onun təqsirsiz olduğu öz təsdiqini tapacaq. Cavidin günahsız olduğuna və azadlığa çıxacağına inanıram. Ədalətə və göydəki Allaha güvənirik”.
2015-ci il avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. R. Əliyev avqustun 9-da xəstəxanada vəfat edib. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib. Barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilən Cavid Hüseynovun həbs müddəti əlavə olaraq 1 ay da uzadılıb.
AzVision.az
Teqlər: