19 yaşlı şəhid əsgərimiz - FOTOLAR

19 yaşlı şəhid əsgərimiz - FOTOLAR
  01 Dekabr 2015    Oxunub:9287
Ötən gün qoşunların təmas xəttində Azərbaycan ordusunun əsgəri Elşən İsmayılov şəhid olub.
AzVision.az-ın məlumatına görə, şəhid əsgərimiz 1996-cı ildə Tovuz rayonunun Əhmədabad kəndində dünyaya gəlib. O, bu ilin yanvar ayında hərbi xidmətə çağırılıbmış.

Elşənin anası bir ay öncə dünyasını dəyişib.



Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub.



Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti