Milli Məclisdə təyinatlar - Kim hara seçildi?

  01 Dekabr 2015    Oxunub : 4459
Milli Məclisdə təyinatlar - Kim hara seçildi?
Milli Məclisin bu gün keçirilən plenar iclasında komitə və komissiyaların yeni tərkibi müəyyən edilib.
AzVision.az xəbər verir ki, səsvermə ilə Milli Məclisin İntizam komissiyasına Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil edilib.

İclasında Hesablayıcı komissiyasının üzləri də seçiliblər. İsa Həbibbəyli Elm və təhsil komitəsinin sədri seçildiyindən, o, komissiyanın tərkibindən çıxarılıb. Fəttah Heydərov Hesablayıcı komissiyanın üzvü təyin olunub.

Bu gün keçirilən iclasda Milli Məclis yanında Toponomiya Komissiyasının tərkibi müəyyən edilib. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, AMEA-nın Coğrafiya İnstitutunun dirketoru, akademik Ramiz Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri, filiologiya elmləri doktoru, professor Qara Məşədiyev, AMEA-nın vitse-ptrezidenti, Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, deputalardan isə Nizami Cəfərov, İsa Həbibbəyli, Fəzail İbrahimli, Musa Qasımlı, Yaqub Mahmudov komissiya üzvü seçiliblər. Komissiyanın işinin təşkili Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.

V çağırış Milli Məclisin bugünkü iclasında 15 komitənin üzvləri bəlli olub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri bu deputatlar seçilib: Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Sabir Hacıyev, Qüdrət Həsənquliyev, Vüsal Hüseynov, Çingiz Qənizadə, Azay Quliyev, Elşən Musayev, Madər Musayev seçilib.

Müdafiə, təhülksəizlik və korrupsiya ilə mübarizə komitəsininü üzvləri - Aqil Abbas, Adil Əliyev, Əliağa Hüseynov, Fərəc Quliyev, Elman Mənmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov, Hacı Salayev;

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri - Mahir Abbazsadə, Vahid Əhmədov, İlham Əliyev, Aydın Hüseynov, Xanhüseyn Kazımlı, Əsabil Qasımov, Rüfət Quliyev, Cavid Qurbanov, Tahir Mirkişili, Əli Məsimli;

Təbii ehtiyatlar, enegetika və ekologiya komitəsinin üzvləri Rövnəq Abdullayev, Muxtar Babayev, Mirzəcan Xəlilov, Mirkazım Kazımov, Mixail Zabelin;

Aqrar siyasət komçitəsinin üzvləri - Mahir Asklanov, Novruzəli Aslanov, Elçin Quliyev, İqbal Məmmədov, Hüseynbala Mirələmov, Eldəniz Səlimov, Tahir Süleymanov;

Əmək və sosial siyasət komitəsinin üzvləri - Elmira Axundova, Araz Əlizadə, Yaqub Mahmudov, İlham Məmmədov, Aytən Mustafayeva;

Regionlar məsələlər komitəsinin üzvləri - Azər Badamov, Kamran Bayramov, Malik Həsənov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev;

Elm və təhsil komitəsinin üzvləri - Ağacan Abiyev, Gövhər Baxşəliyeva, Kamilə Əliyeva, Şəmsəddin Hacıyev, Pərvin Kərimzadə, Musa Qasımlı;

Mədiyyət komitəsinin üzvləri - Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Zəynəb Xanlarova, İmamverdi İsmayılov;

İnsan hüquqları komitəsinin üzvləri - Əflatun Amaşov, Tahir Kərimli, Flora Qaımova, Hikmət Məmmədov, Fazil Mustafa, Elman Nəsirov, Astan Şahverdiyev;

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri - Sahib Alıyev, Mehriban Əliyeva, Cavanşir Feyziyev, Azər Kərimli, Nəsib Məhəməliyev, Müslüm Məmmədov, Asim Mollazadə, Rasim Musabəyov, Qənirə Paşayeva, Elxan Sülymanov;

Səhiyyə komitəsinin üzvləri - Məlahət İbrahimqızı, Kamləddin Qafarov, Rəşad Mahmudov, Rafiq Məmmədhəsənov;

Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Dilarə Cəbraylılova, Sona Əliyeva, Sədaqət Vəliyeva;

İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri - Nizami Cəfərov, Nəriman Əliyev, Səttar Möhbalıyev, Cavanşir Paşazadə;

Gənclər və idman komitəsinin üzvləri - Naqif Həmzəyev, Elşad Həsənov, Sevinc Hüseynova, Şahin İsmayılov.

Anar Kəlbiyev

Teqlər: