General Nardaranda - Şüar və barikadalar yığışdırıldı

General Nardaranda - Şüar və barikadalar yığışdırıldı
  01 Dekabr 2015    Oxunub:8395
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardaran qəsəbəsinə gəlib.

AzVision.az xəbər verir ki, V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib və burada keçirilən əməliyyatın nəticələri ilə maraqlanıb.

Bundan baqşqa Nardaranın giriş-çıxışı eyni zamanda qəsəbənin içi, meydan polis tərəfindən nəzarətə götürülüb. Həmçinin qəsəbənin küçə və meydanları dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar yığışdırılıb, süni yaradılan manelər təmizlənib.

Qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb.


Teqlər:  





Xəbər lenti