Oqtay Əsədov Qazaxıstana gedəcək
Qurumun Şura iclasında Azərbaycanın təşkilata sədrliyinin nəticələri, TürkPA Katibliyinin illik fəaliyyəti barədə hesabatlar dinləniləcək və digər təşkilatı məsələlərə baxılacaq. TürkPA-nın 6-cı plenar iclasında Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və Qırğızıstanda keçirilmiş seçkilərə dair məruzələr dinləniləcək, qurumun komissiyalarının tövsiyə qərarlarına baxılacaq. İclasın sonunda Astana Bəyannaməsi imzalanacaq.
Oqtay Əsədov tədbirdə Azərbaycanın təşkilata sədrliyi dövründəki fəaliyyəti barədə, quruma üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığa dair və gündəlikdəki digər məsələlərlə əlaqədar çıxışlar edəcək. Milli Məclis sədrinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri “Böyük Çöldə dövlətçilik və parlamentarizm” mövzusunda beynəlxalq konfransın işinə qatılacaq, Türk Akademiyasında, Qazaxıstan Milli Muzeyində, ölkənin birinci prezidentinin kitabxanasında olacaqlar.
Səfər dekabrın 4-də başa çatacaq.







Vaxtında, Aydın, Lazımlı!


