Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının 23 iyun 2013-cü il tarixində keçirilmiş ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 2013-cü il iyunun 27-də və 28-də yalnız şəxsən şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər.