Bakı şəhər prokuroru da Nardarandadır

Bakı şəhər prokuroru da Nardarandadır
  01 Dekabr 2015    Oxunub:3946
Bakı şəhər prokuroru Əziz Seyidov da bu gün Nardaranda keçirilən əməliyyatla əlaqədar qəsəbəyə gəlib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Ə.Seyidov qəsəbədə keçirilən əməliyyat tədbirlərinin nəticələri ilə maraqlanıb.

Xatırladaq ki, bu gün günorta saatlarında daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Nardarana gəlib.

Qeyd edək ki, bu gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.

Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti