Prezident Vasif Talıbovla açılışda - FOTOLAR

Prezident Vasif Talıbovla açılışda - FOTOLAR
  01 Dekabr 2015    Oxunub:4701
Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvana səfəri davam edir.
Prezident İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Layihənin baş planı ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Naxçıvanda şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında kredit sazişinə əsasən həyata keçirilib.

Prezident İlham Əliyevə layihənin icrasında istifadə olunan tikinti materialları, xüsusilə də borular haqqında məlumat verildi. Bildirildi ki, həm su, həm də kanalizasiya şəbəkəsinin qurulması zamanı bütün köhnə xətlər yeniləri ilə əvəz olunub və yüksək keyfiyyətli borulardan istifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəhərdaxili su şəbəkəsinin istifadəyə verilməsini bildirən düyməni basdılar.

Ölkə başçısı səfəri çərçivəsində Naxçıvan Sənaye Kompleksinin açılışında iştirak edib. Dövlət başçısı müəssisəni işə salıb.

Prezidenti İlham Əliyev Naxçıvan Günəş Elektrik Stansiyasının açılışında da iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verdi ki, muxtar respublikada da alternativ və bərpa olunan enerji mənbələri ilə bağlı mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə cari ildə başlanılan yeni Günəş Elektrik Stansiyasıdır. Bu energetika qurğusu üçün 35 hektar torpaq sahəsi ayrılıb.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin əməkdaşları və Belçikanın “Soltech” şirkətinin nümayəndəsi ilə görüşdü.

Prezident İlham Əliyev stansiyanın açılışını bildirən düyməni basdı.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti