Dollar cüzi ucuzlaşıb

Dollar cüzi ucuzlaşıb
  02 Dekabr 2015    Oxunub:1674
Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb.
Mərkəzi Bankın (AMB) dekabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi azalıb. Belə ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 1,0511 manat olub.

Avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0039 manat və ya 0,35 faiz artaraq 1,1156 manata yüksəlib. Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti